Disclaimer: Dear Traveller, Travel Medical Insurance is mandatory for Visa Application. You can avail insurance from Visa Application Centre during submission or from an authorized agency.
1) Viza müraciətlərinə baxılma müddəti
Ərizəçi planlaşdırılan səyahətdən 3 aydan tez və 15 iş gününden gec olmayaraq müraciət edə bilər. Viza müraciətlərinə baxılması 7-15 iş günü müddətində davam edir. Lakin konsul əlavə sənədlər tələb edərsə bu müddət uzana bilər. Viza müraciətlərinə baxılması müddəti bəzi ölkələrin vətəndaşları üçün daha uzun çəkə bilər.
2) Viza üçün ödəniş: viza haqqı 12 yaşından başlayaraq - 35 avro;
Visa haqqı 12 yaşınadək uşaqlar üçün pulsuzdur; Təqaüdçülər və digər kateqoriyaya daxil olan sosial təminat alan şəxslər Dövlət Sosial Müdafiə Fondundan təqdim olunmuş müvafiq arayışın ingilis dilində notariusda təsdiq olunmuş formasını təqdim edə bilərlər.
Visa həmçinin aşağıdakı hallarda ödənişsiz verilir:
Əgər sizə Macarıstanda daimi və ya müvəqqəti yaşayan bir şəxsdən "uşaqlardan valideynlərə, valideynlərdən uşaqlara" tipli dəvət varsa;
Azərbaycanın Macarıstan Federasiyasının rəsmi dəvət məktubu ilə müvafiq idman və idman dəstəklənməsində iştirak məqsədi ilə səyahət zamanı;
Beynəlxalq hökumətlərarası təşkilat, Avropa Macarıstan Şurasının dəstəyi ilə bəzi milli dövlət orqanlarının dəvəti ilə konfransda iştiraka səyahət zamanı;
Aİ ilə viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanmayan ölkələrin vətəndaşları üçün - viza üçün ödəniş 60 avro təşkil edir.
3) Macarıstan Səfirliyinin Konsulluq Şöbəsində Şengen vizası. Macarıstan Səfirliyi yalnız o zaman Şengen vizası verə bilərki: sizin səyahətinizin əsas məgsədi Macarıstan olarsa və ya bir neçə ölkəyə səyahət etdiyiniz zaman ilk giriş ölkəsi Macarıstansa və Şengen qaydalarına əsasən digər ölkələrdə qalma müddəti Macarıstanda qalma müddətindən çox olmazsa.