Biometrik göstəricilərin toplanması sadə və rahat bir əməliyyat vasitəsi ilə həyata keçirilir. Əməliyyat zamanı üzün görünüşü rəqəmsəl fotokamera vasitəsi ilə qeydə alınır və əl barmaq izlərinin toplanması rəqəmsəl skaner vasitəsi ilə həyata keçirilir.
Sizin üzünüzün şəkilləri aydın görünən olmalıdır. Bunun üçün sizdə :
- Gözlərin və üz çizgilərinib aydın və maneəsiz görünüşünü təmin edə biləcək şaç düzümü olmalı
- Baş geyimləri, şərf və ya (dini xarakter daşıyan baş geyimləri istisna olmaqla) üz, saç və boyun əhatə edən geyim hər hansı digər maneə yarada biləcək amillərin olmaması
- Barmaqlarınızın barmaq izi nahiyyələrində kəsiklər və ya müxtəlif xarakterli zədələr oldugu təqdirdə Siz biometriya prosesini yalnız bu maneələr aradan qaldırıldıqdan sonar keçə bilərsiniz.
- Barmaqlarınızın barmaq izi nahiyyələrində döymə (tatu) varsa bununla əlaqədar Siz biometriya prosesindən keçmək üçün Viza Mərkəzinin əməkdaşlarından öncədən konsultasiya almalısınız.
- Əgər Siz Biometriya prosesindən keçməkdən imtina edirsinizsə və Aİ müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş istisna şəxslərin siyahısına aid deyilsinizsə (məsələn, 12 yaşınadək uşaqlar, dövlət rəhbərləri və s.) sizin viza üçün ərizəniz qəbul edilməyəcəkdir.
- Aİ müvafiq qanunvericiliyinə əsasən12 yaşadək ərizəçilər biyometrik məlumatların toplanmasından intina etdiyi halda şəxsin yalnız üzünün şəkli çəkilməlidir.
- Aİ müvafiq qanunvericiliyinə əsasən 12-18 yaşlı müraciət edən şəxslərin, biometrik məlumatlarının toplanması yalnız bir valideyn və ya qanuni qəyyumunun (ların) iştirakı ilə həyata keçirilə bilər.