-
Sual: Viza mürariəti necə edə bilərəm?
Cavab: Tələb olunan sənədlər toplusunu müraciət edəcəyiniz viza kateqoriyasına uyğun hazırladıqdan sonra Siz Macarıstan Respublikası viza mərkəzinə müraciət edə bilərsiniz. Macarıstan Respublikası viza mərkəzinə müraciət üçün Siz +994 12 511 12 18 telefon nömrəsinə zəng edərək mərkəzimizdə öncədən qeydiyyata alınmalısınız. Viza mərkəzi sənəd qəbulunu bazar ertəsidən cümə gününədək hər gün saat 8.30-dan 14.30-dək həyata keçirir. Macarıstan Respublikası viza mərkəzinin təhlükəsizlik qaydaları ilə tanış olmağınız tövsiyyə olunur.
-
Sual: Sənədlərin verilməsində şəxsən iştirak etmək lazımdır?
Cavab: Nəzərinizə çatdırırıq ki sənədlərin verilməsində və biometrik məlumatların əldə edilməsi üçün özünüz şəxsən iştirak etməlisiniz (12 yaşdan yuxarı)
-
Sual: Siz mənə anket formanı email və ya faks vasitəsi ilə göndərə bilərsiniz?
Cavab: Anket formanı Visa Mərkəzinin veb saytından yükləyə bilərsiniz.Macarıstanın Azərbaycan Respublikasındakı Konsulluğu orijinal, imzalanmış müraciət formalarını qəbul edir. Qeyd: Poçt, faks və ya e-məktubla müraciətlərin təqdim edilməsinə icazə verilmir.
-
Sual: Anket formanı ingilis dilindən başqa digər dillərdə yaza bilərəmmi?
Cavab: Xeyir. Anketlərin doldurulması ancaq ingilis dilində aparılır
-
Sual: Əgər mən iki Şengen ölkəsinə səyahət edirəmsə visa almaq üçün hara müraciət etməliyəm?
Cavab: Əgər siz bir səyahət çərçivəsində bir neçə ölkəni ziyarət etmək istəyirsinizsə hansı ölkədə çox qalacaqsınızsa həmin ölkənin səfirliyinə müraciət edin. Əgər hər ölkədə qalma müddəti eynidirsə onda ərizəni hansı ölkəni birinci ziyarət edəcəksinizsə həmin ölkənin nümayəndiliyə müraciət edin.
-
Sual: Mən tez-tez Macarıstana səyahət edirəm. Mən hər dəfə bütün sənədləri təqdim etməliyəm?
Cavab: Bəli. Hər dəfə viza almaq üçün bütün sənədləri yenidən təqdim etməlisiniz. Biometrik məlumatların əldə edilməsi üçün siz şəxsən mərkəzə yaxınlaşmalısınız. Əvvəlki Şengen vizalarının mövcudluğu sizə hələ də vizaya hər dəfə müraciət edəndə biometrik məlumatların təqdim edilməsini tələb edir.
-
Sual: Əgər mən uşaqla səyahət edirəmsə uşaq üçün də anket doldurmalıyam?
Cavab: Hər ərizəçi üçün ayrı-ayrı forma doldurmalı və ayrı-ayrı sənədlər təqdim edilməlidir.Uşağın ayrı səyahət sənədi olmasından və ya onların valideynlərindən birinin pasport yazılmış olub-olmamasından asılı olmayaraq - ona verilən dəvət ayrıca müəyyənləşməli və xidmət haqqı ödənilməlidir (12 yaşdan yuxarı)
-
Sual: Viza əldə etmək üçün tibbi sığorta almaq lazımdır?
Cavab: Bəli. Şengen zonaya daxil olmaq üçün sizin mütləq tibbi sığortanız olmalıdır. Minumum məbləğ 30.000 AVRO-dur.
-
Sual: Viza əldə etmək üçün səndlərə baxış nə qədər vaxt tələb edir?
Cavab: Qərar müraciət tarixindən etibarən 15 iş günü ərzində qəbul edilməlidir.Bəzi hallarda Macarıstan Konsulluğu əlavə sənədlər tələb edə bilər. Bu zaman vaxt bir qədər artırıla bilər.
-
Sual: Viza müddəti nə qədərdir?
Cavab: Şengen vizası müəyyən dövr ərzində verilir və bu sizə minumum 90 gün maksimum 180 gün Şengen ölkələri ərazisində qalmaq hüququ verə bilər.
Əgər sizdə uzunmüddətli viza varsa, vizada göstərilən günlərin maksimum sayı həmişə 90 gün olaraq qalır. Bu o deməkdir ki siz tez-tez səyahət edisinizsə, 6 ay üçün 90 günlük müddətdən artıq mümkün deyil.
-
Sual: Uğursuzluq halında, mənə viza rüsumunun məbləği geri qaytarılacaq?
Cavab: Xeyir.Visa haqları, heç bir halda geri qaytarılmır çünki bu son nəticədə sənədlərin baxılması ilə bağlı inzibati xərcləri əhatə edir.
-
Sual: Mənə niyə vizanın verilməməsi haqqında məlumat verə bilərsiniz?
Cavab: Vizadan imtina xəbərinin səbəblərini göstərilən məktub pasportla birlikdə Macarıstan Konsulluğundan göndəriləcək.
-
Sual: Viza verməkdən imtina edildiyi halda mən bir müddət sonra yenidən müraciət edə bilərəm?
Cavab: Sizin Sənədlər əvvəllər rədd edilmişsə, hər hansı bir zamandan sonra viza üçün yenidən müraciət etmək hüququna maliksiniz.
Siz bilməlisiniz ki əvvəlki imtinadan sonra əgər sizin sənədlərinizdə heç bir dəyişiklik yoxdursa sizə viza verilməsinə yenidən imtina ediləcək
>Bir viza üçün yenidən müraciət varsa, sənədlərin verilməsi və ona baxılması prosesi yenidən keçirilməlidir. Siz bizim səhifədə olan eyni mərhələlərin tələblərini yerinə yetirməlisiniz.